ABB Aktiv və passivlərin idarə edilməsi şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası elan edir

ABB Aktiv və passivlərin idarə edilməsi şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.   Görəcəyiniz işlər:
  • Bankın Aktiv və Passivlərinin İdarəolunmasında, o cümlədən, departamentin fəaliyyəti üzrə likvidliyin və vəsaitlərin səmərəli idarə edilməsini, faiz dərəcəsi və likvidlik risklərinini idarə edilməsində iştirak etmək;
  • Bankın aktiv və passivlərinin proqnozlaşdırılması ilə xalis faiz gəlirinin artırılması və vəsaitlərin səmərəli idarə edilməsi üzrə proqnozlar vermək;
  • Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını təmin etmək;
  • Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı müxtəlif ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində iştirak etmək;
  • APİK-ə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq.
  Bizim üçün uyğun namizəd:
  • Ali iqtisadi təhsilli;
  • Yüksək səviyyədə MS Office proqramlarındaişləmək bacarığı olan;
  • Minimum 1-3 il iş təcrübəsi olan (Maliyyə və bazar riskləri sahəsi üzrə arzuolunandır);
  • Excell VBA və ya SQL kodlaşdırma dillərini bilən (üstünlükdür);
  • Beynəlxalq Sertifikatları olan (FRM və ya CFA üzrə ilk səviyyələr arzuolunandır);
  • Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Aktiv və passivlərin idarə edilməsi şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az