ABB Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis vakansiyası elan edir

ABB Aparatın işinin təşkili və icrasına nəzarət şöbəsinə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:
  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarını təşkil etmək;
  • Bankın idarəetmə orqanları və daxili komitələrinin iclaslarında katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların layihələrini Bankın aidiyyəti struktur bölmələri ilə birgə hazırlamaq;
  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların uçotunu aparmaq, onları saxlamaq və Bankın aidiyyəti struktur bölmələrinə çatdırmaq.
    Bizim üçün uyğun namizəd:
  • Hüquq və ya iqtisadi sahə üzrə ali təhsilə;
  • Azərbaycan dilində yüksək səviyyədə yazma qabiliyyətinə;
  • Mükəmməl səviyyədə MS Office (PowerPoint, Excel, Word) proqramları ilə işləmək bacarığına;
  • Minimum 1 il iş təcrübəsinə;
  • Konfidensial məlumatlar və stress altında işləmək bacarığına sahib olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az