20 May 20:05

“ABB” ASC Bakı şəhərində yerləşən filiallarına Xəzinədar(Kassir) vakansiyası elan edir

“ABB” ASC Bakı şəhərində yerləşən filiallarına Xəzinədar(Kassir) vakansiyası elan edir.

Görəcəyiniz işlər:

-Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;

-Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;

-Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;

Bizim üçün ideal namizəd:

-Ali iqtisadi təhsilli;

-Ünsiyyətçil, vicdanlı, təşəbbüskar;

-Riyazi hesablama aparmaq qabiliyyəti olan;

-Ofis proqramlarında sərbəst iş bacarığı olan şəxsdir.

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi elektron ünvanına məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Xəzinədar/Bakı Edumap.az” şəklində qeyd etməklə göndərə bilərsiniz.

Bəyən və paylaş