11 Mart 14:18

“ABB” ASC Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı Mütəxəssis vakansiyalarını elan edir

“ABB” ASC  Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə Mütəxəssis, Aparıcı Mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Vəzifə öhdəlikləri:

 

  • Kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslərin (bundan sonra: KOS müştərilər) fəaliyyətləri ilə bağlı qanunvericilikdə olan dəyişikliklər ilə əlaqədar mövcud kiçik və orta sahibkarlıq seqmenti üzrə (bundan sonra: KOS seqment) cari bank məhsul və xidmətlərinin modifikasiyası və ya yeni təqdim ediləcək bank məhsul və xidmətlərinin yaradılması və aidiyyəti struktur bölmələr ilə birgə tətbiqinin həyata keçirilməsi;
  • KOS seqmenti üzrə bankdaxili normativ sənədlərin işlənib hazırlanmasında aidiyyəti struktur bölmələr ilə birgə əməkdaşlığın aparılması;
  • KOS seqmenti üzrə daxili və xarici bazar şərtlərinin müntəzəm olaraq araşdırılması və zərurət yarandığı təqdirdə mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması və tabe olduğu birbaşa rəhbərə təqdim edilməsi;
  • Mövcud məhsul və xidmətlərin effektivliyinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktur bölmələrdən hesabatların əldə edilməsi üçün tabe olduğu birbaşa rəhbərin razılığı əsasında müvafiq strukturlara müraciətin ünvanlanması, əldə edilmiş məlumatların təhlilinin aparılması və nəticələri barədə hesabatın təqdim edilməsi;
  • Məhsulların inkişaf etdirilməsi istiqamətində bankdaxili qısa və uzunmüddətli layihələrin hazırlanması prosesində Bankın digər struktur bölmələri ilə birgə əməkdaşlıq;
  • KOS seqmenti üzrə rəqəmsal bank məhsul və xidmətlərin inkişaf etdirilməsi istiqamətində təkliflərin hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Yeni layihələrin həyata keçirilməsi istiqamətində təkliflərin hazırlanması və təqdim edilməsi;
  • Cari və yeni layihələr üzrə yerli və beynəlxalq təşkilatlar ilə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində verilən tapşırıqların icrası və hesabatların təqdim edilməsi;
  • KOS müştərilərin daimi bazarda dəyişən tələblərinə uyğun olaraq müvafiq cari məhsul və xidmətlərin təkmilləşdirilməsi üçün bazarın araşdırılması və təkliflərin verilməsi;
  • Departamentin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səlahiyyətləri çərçivəsində bankdaxili məlumat bazalarına və əməliyyat sistemlərinə çıxışların əldə edilməsi;
  • Rəhbərliyin aidiyyatı digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyət dövrü ərzində əmələ gələn digər vəzifələrin yerinə yetirilməsi;

 

Vakant vəzifə üzrə tələblər:

 

  • Ali iqtisadi təhsil / hüquqi təhsil;
  • Tələb olunan sahə üzrə ən azı 2 illik iş təcrübəsi
  • Səlis Azərbaycan dili, Rus dili (İngilis dili arzuolunandır);
  • Analitik düşüncə və yaradıcılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Məhsulların yaradılması və Partnyorlarla iş şöbəsinə Mütəxəssis / Aparıcı Mütəxəssisgöstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Bəyən və paylaş