30 Yanvar 23:19

“ABB” ASC Təlim və İnkişaf üzrə Menecer vakansiyası elan edir

“ABB” ASC Təlim və İnkişaf üzrə Menecer vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

– Bankın təlim strategiyasının formalaşdırılması və həyata keçirilməsi;

– Bank daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;

– Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsi;

– Təlim xidmətlərinin satınalma prosesinin idarə olunmasında iştirak;

– Təlimin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsi, xarici təlim mərkəzləri ilə işin koordinasiyası;

– Bankda təlim işinin effektivliyinin mütəmadi monitorinqi, həmçinin təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələrin verilməsi;

– Bankda Təlim Mərkəzinin işinin təşkili

– Daxili təlimçi bazasının formalaşdırılması və idarə edilməsi;

– Bank əməkdaşlarının konfransa və seminarlarda iştirakının təşkili.

Vakant vəzifə üzrə tələblər:

– Ali təhsil;

– Əla səviyyədə ünsiyyətqurma qabiliyyəti;

– Yüksək səviyyədə nüfuzaetmə bacarığı;

– Güclü analiz və araşdırma qabiliyyəti;

– Əla səviyyədə təşkilatçılıq bacarığı;

– Sahə üzrə minimum 5 il iş təcrübəsi;

– Əla səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Bəyən və paylaş