11 Sentyabr 18:30

“ABB” ASC yeni yaradılmış IBA Tech Akademiyasına Menecer vakansiyası elan edir

“ABB” ASC yeni yaradılmış IBA Tech Akademiyasına Menecer vakansiyası elan edir. Vəzifə öhdəlikləri: 

Təlimlərin təmini üçün lazımi təşkilati işlərin idarə edilməsinə nəzarət, tələbələr ilə işin koordinasiyası; 

Akademiyadaxili proseslərə nəzarətin aparılması (məsələn: cədvəllərin tərtib olunması, tələbələrin davamiyyəti, qiymətləndirilməsi, mübahisəli məsələlərin həll olunması, təlimçilərin iş uçotu, ümumi akademiya statistikasının aparılması); 

Akademiyaya daxil olan müraciətlərlə bağlı məlumat mərkəzinin fəaliyyətinə nəzarətin aparılması;

Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsinin təşkili, təkmilləşməsi üçün tövsiyələrin verilməsi; 

Akademiyadaxili tədbirlərin planlaşdırılması və təşkil olunması; 

Akademiyanın fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və kommunikasiya etdirilməsi; 

Akademiyanın əməkdaşlarının fəaliyyətinin idarə edilməsi.

Namizədlər öz CV-lərini məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Menecer Edumap.az” şəklində göstərərək elektron ünvanına göndərə bilərlər. Daha ətraflı məlumat üçün: https://bit.ly/2lOHkaY

Bəyən və paylaş

Rəylər

rəy(lər)