Cümə axşamı, 21 Avqust, 2025

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət


  • Dərc edildi: 27 Avqust, 2021 - 16:40
ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət! “Azərbaycan Beynəlxalq Bankı – Rəqəmsal maarifləndirmə” təcrübə proqramına start verir! Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18 - dən 25 - ə qədər (Ali təhsil alan tələbələr və ali təhsilini bitirmiş məzunlar) olan və aşağıda sadalanan keyfiyyətlərə malik olan hər kəsi yeni təcrübə proqramında iştirak etməyə dəvət edir. Namizədlər aşağıdakı səriştəliliklərə malik olmalıdırlar: ∙ Çevik ∙ Təşəbbüskar ∙ Həvəsli ∙ İşgüzar ∙ Gülərüz ∙ Məsuliyyətli ∙ Ünsiyyətcil “ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, onlara asudə vaxtın səmərəli idarə edilməsi , əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşması, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal maarifləndirmə təcrübə proqramı (Bakı və ya Region adı)” şəklində göstərilməsi xahiş edilir. Təcrübə proqramına qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 198
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7127
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1852
Azərbaycan Texnologi...