ABB Transformasiya ofisinə Rəqəmsal bankçılıq üzrə aparıcı/baş mütəxəssis vakansiyası elan edir

ABB Transformasiya ofisinə Rəqəmsal bankçılıq üzrə aparıcı/baş mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.   Görəcəyiniz işlər:
  • Rəqəmsal bankçılığın inkişafı üzrə strategiyanin icrasinda müvafiq departamentlərə dəstək vermək;
  • Müəyyən strateji təşəbbüslərin icrası zamanı zərurət yarandığı təqdirdə məsləhətçilərin cəlb edilməsi və təşəbbüslərin həyata keçirilməsi üçün departamentlərə dəstək olmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə müvafiq struktur bölmələri ilə razılaşdırılmış halda sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, təşəbbüslərə sahiblik edən və dəstəkləyici struktur bölmələrindən onların icrasına mane olan səbəblər, həmin səbəblərin aradan qaldırılması istiqamətində planlaşdırılan və atılmış addımlar barədə məlumat almaq.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə (İT və İqtisadi sahədə təhsil üstünlükdür);
  • Layihələrin idarə edilməsi sahəsində 1-3 il iş təcrübəsinə;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyinə;
  • Xarici dil biliklərinə (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Problem həll etmə bacarığına;
  • Təqdimat və ünsiyyət bacarığına;
  • Komandada işləmə bacarığı olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az