ABB Ümumi şöbəyə referent vakansiyası elan edir

ABB Ümumi şöbəyə referent vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.   Görəcəyiniz işlər:
  • Rəhbərliyin tapşırığı ilə onun bankdaxili və xarici görüşlərini təşkil etmək, bununla bağlı əlaqələndirmə işlərini aparmaq;
  • Bankın rəhbər vəzifəli şəxsi ilə razılaşdırılmaqla onun iş gündəliyini müəyyən etmək;
  • Rəhbərlərin qonaqlarını qarşılamaq və yönəltmək;
  • Bankın rəhbərliyi tərəfindən vətəndaşların qəbulunun təşkilində iştirak etmək;
  • Departament rəhbərliyi tərəfindən vəzifənin əsas məqsədinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
    Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilən;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
  • Zamanın idarə edilməsi üzrə bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az