ABB-dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

ABB-dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Bankımız regionlar üzrə “ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir!

Həmişə özündən söz açan layihələr təqdim edən və ictimaiyyət üçün daim bütün gücünü səfərbər edən Bankımız yaşı 18-25 (Ali və ya orta ixtisas təhsili alan tələbələ, ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər) olan hər kəsi təcrübə proqramında iştirak etməyə dəvət edir.

Namizədlər aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

✔️Çevik
✔️Təşəbbüskar
✔️Həvəsli
✔️İşgüzar
✔️Gülərüz
✔️Məsuliyyətli
✔️Ünsiyyətcil

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay ərzində fərdi inkişafına nail olmaqla onlara asudə vaxtın səmərəli idarə edilməsi, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib olan biliklərin mənimsənilməsi, liderlik bacarıqlarının qazanılması, sosiallaşma və komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər http://careers.abb-bank.az saytında qeydiyyatdan keçdikdən sonra “Təcrübə proqramları” bölməsində müvafiq rayona uyğun proqrama müraciət edə bilərlər.

______________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles