Abdullah Gül Universitetində təhsil

Türkiyənin Kayseri şəhərində yerləşən Abdullah Gül Universiteti ildə iki dəfə (yanvar-may) magistraturaya, bir dəfə (may) isə bakalavr səviyyəsinə qəbul həyata keçirir. Universitetin əsas üstün cəhəti həm yeni yaranmış olması, həm dərslərin 100 faiz ingiliscə keçirilməsi həmdə mühəndislik sahəsində ixtisaslaşmış bir mərkəz olmasıdır. Tələbələr üçün digər bir üstün cəhəti isə bakalavr ixtisaslarının illik təhsil haqqı 2500 dollar, magistratura üçün isə 3500 dollar olması və bu illik təhsil haqqına yataqxana xərclərinində daxil olmasıdır. Həmçinin universitetə yeni qəbul olmuş tələbələrə Macbook Air universitet rəhbərliyi tərəfindən hədiyyə olunur.

Bakalavr ixtisasları:

  1. İnşaat mühəndisliyi
  2. Elektrik və Elektornika mühəndisliyi
  3. Sənaye mühəndisliyi
  4. Mexanika mühəndisliyi
  5. Kompyuter mühəndisliyi
  6. Memarlıq
  7. Biznesin idarə olunması

Qeyd: bakalavr ixtisaslarının illik təhsil haqqı 2500 dollar və yataqxana daxildir.

Magistratura ixtisasları:

  1. Nanotexnologiyalar (MSc)
  2. Sənaye mühəndisliyi (MSc, PhD)
  3. Elektrik və Kompyuter mühəndisliyi (MSc, PhD)
  4. Biomühəndislik və Molekulyar biologiya (MSc)

Qeyd: magistratura ixtisaslarının illik təhsil haqqı 3500 dollar və yataqxana daxildir.

Whatapp: (+994 55) 206 12 74

(+994 70) 938 18 71

Whatapp: (+994 51) 843 25 99

Universitet haqqında daha ətraflı fikirə sahib olmanız üçün tanıtım filminə baxmanız kifayətdir.

Bir cavab yazın

Back to top button