Şənbə, 23 Avqust, 2025

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək


  • Dərc edildi: 29 İyun, 2022 - 13:23
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” forumu keçiriləcək.   8 iyul 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutacaq Forumda ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və 5 ixtisas qrupuna daxil olan əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar paylaşılacaq.   Forumda abituriyentlərlə yanaşı, 9-11-ci sinif ümumi orta məktəb şagirdləri və onların valideynləri iştirak edə bilərlər.   Forumun karyera planlaması və ixtisas qrupları üzrə mütəxəssislərin çıxışlarından ibarət panellərində müzakirələr aparılacaq.   Eyni zamanda, forum iştirakçıları Dövlət İqtisad Universitetinin inzibati binası ilə tanışlıq və tədris üsulları haqqında ümumi məlumatlandırma fürsəti əldə edəcəklər.   Forumun keçirilməsində əsas məqsəd iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentləri düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.   Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.   Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.   Qeydiyyat linki:shorturl.at/msJQY   Son müraciət tarixi:5 iyul 2022-ci il
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 402
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7277
Sumqayıt Dövlət Univ...