Abşeron İqtisadi Rayonunda fəaliyyət göstərən sahibkarların nəzərinə!

Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişafı Mərkəzi Abşeron iqtisadi rayonu, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlərə ödənişsiz xidmətlər göstərir.

KOB inkişafı mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək təmin olunur:

  • Biznes planın hazırlanması;
  • Vergi hesabatlarının təqdim olunması;
  • Korporativ hüquq;
  • Startap layihələri;
  • İxrac

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.

KOB inkişafı mərkəzləri, o cümlədən Sumqayıt KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Əlaqə vasitələri:

📞    +99455 209-30-75 

     [email protected]

🌐      https://sumqayit.kobim.az/

 📍     Sülh küç.,Sumqayıt Biznez Mərkəzi

Bir cavab yazın

Back to top button