“ACCA yoxsa CİMA?” ödənişsiz seminar

Maliyyə, mühasibatlıq sahəsində öz biliklərini artırmaq, karyera uğurları əldə etmək istəyən şəxslərin nəzərinə! Universe Education&Consulting Center peşəkar təlimçilər Əmir Əmirli və Həsən Həsənovun təqdimatında tam ödənişsiz seminar təşkil edir.
Siz tam ÖDƏNİŞSİZ təşkil olunan seminarda çoxlarının əsas sualı olan “ACCA yoxsa CİMA?” və digər suallara cavab tapacaqsınız ki, bu da sizin gələcəkdə lazım olan addımlar atmağınıza kömək olacaq.

Təlimçilər haqda:

Əmir Əmirli.
Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi İstedadlar Qruplarında (XİQ) almışdır. Magistr dərəcəsinə isə İngiltərədə Esseks Universitetinin “Mühasibatlıq və Maliyyə” sahəsi üzrə yiyələnmişdir. Bu sahədə CİMA- CMGA və ACCA DipİFR üzrə sertfikatlara malikdir. PwC və HLB Audit şirkətlərində çalışmışdır. Hal-hazırda SOCAR-da Maliyyə Hesabatlarının Konsalidasiya şöbəsində çalışır.

Həsən Həsənov.
Maliyyə, mühasibatlıq və audit sahəsində 8 ildən artıq peşəkar təcrübəyə malikdir. Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr və MBA proqramı üzrə magistr diplomlarına sahibdir. Eyni zamanda ACCA Advanced Diploma in Business & Accounting kvalifikasiyasına sahibdir. 2009-cu ildən başlayaraq hər il Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və Beynəlxalq Mühasibatlıq Uçotu Standartları (IAS) təkrarı ve yenilənməsi üzrə xarici ölkələrdə təlimlər keçmişdir. Maliyyə hesabatları, mühasibat uçotu, maliyyə məlumatlarının analizi, daxili kontrol, risklərin idarə edilməsi və büdcənin hazırlanması üzrə geniş təcrübə və biliklərə sahibdir. Həmçinin idarəetmə, planlama, təşkilati işlərdə və təlimçilik üzrə biliklərə malikdir. Dünyanın aparıcı və öndə gedən audit və konsaltinq şirkəti olan Baker Tilly Azerbaijan şirkətində çalışmış və böyük təcrübə qazanmışdır. Hazırda Xəzər Beynəlxalq İnvestisiya Şirkətində Maliyyə Meneceri vəzifəsində çalışır.

Qeydiyyat linki: http://goo.gl/forms/FlvTXNvzuw

Tarix: 09.01.2015

Saat: 14:00

Əlaqə: (012) 597-55-30
(070) 497-55-30

Ünvan: Cəfər Cabbarlı 609, Globus Center 11-ci mərtəbə.

Bir cavab yazın

Back to top button
Close