18 Mart 22:46

“Access Bankirlər Məktəbi”-nə Qeydiyyat Başladı

Access Bankirlər Məktəbi

AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına AccessBank-da başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. Siz də inkişaf edərək uğurlu karyeranızı qurmaq istəyirsinizsə, “Access Bankirlər Məktəbi”-nə qoşula bilərsiniz.

12 həftə davam edəcək proqram ərzində namizədlər Bankın Baş Ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tam çeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq. Müraciətlər 31 mart tarixinədək qəbul olunur. Növbəti 3 həftə ərzində (31 Mart – 21 Aprel) namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.

Namizədlərə qarşı tələblər:

  • Ən azı bakalavr dərəcəsi
  • Komandada işləmək bacarığı
  • Analitik təfəkkür
  • AccessBank-da karyera qurmaq istəyi
  • Bankın regional filiallarında işləmək istəyi və imkanı
  • Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
  • İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

  • Unikal peşəkar inkişaf imkanı
  • İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
  • Təlim müddətində zəmanətli əməkhaqqı
  • Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
  • Bankımızda karyera yüksəlişi

Qeydiyyat

Bəyən və paylaş