“AccessBank” yay təcrübə proqramına start verir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “AccessBank” tələbələr üçün yay təcrübə proqramını açıq elan edir. 2 ay davam edəcək təcrübə proqramında Bakı  və bölgələri təmsil edən tələbələr, “AccessBank”ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər. Təcrübəçilər Bankın Bakı, Abşeron və bölgələrdə yerləşən filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi, İnformasiya təhlükəsizliyi və Marketinq departamentlərində təcrübə keçəcəklər.

“AccessBank”ın yay təcrübə proqramı ali təhsil müəssisələrinin 3 və 4.kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər müsahibədən keçməlidirlər.

Yay təcrübə proqramına qatılmaq üçün qeydiyyatdan keçmək kifayətdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir