23 May 10:19

Açıq MTB yarışlarının qalibləri müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. Yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

 

U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

 

U-15 (3x2km)

 

  1. Fədail Mahmudov 8OEQİUVM 28:45
  2. Əhməd Əhmədov 8OEQİUVM 29:47
  3. Emil Əliyev 8OEQİUVM                  29:48

 

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və “Neftçi” İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

 

U-17 (5x2km)

 

  1. Vüqar Nəsibov Neftçi                              47:08
  2. Nəcəf Bağırov AzVİF                             49:09
  3. Osman Qəhrəmanov OEQİUVM                     50:11

 

Və ən nəhayət, Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

 

Elit, U-23, Gənclər (7x2km)

 

  1. Orxan Məmmədov OEQİUVM           58:06
  2. Musa Mikayılzadə Lokomotiv           58:22
  3. Aqşin Bağırlı Lokomotiv                     58:42
Bəyən və paylaş

Rəylər

rəy(lər)