25 Fevral 10:30

Açıq Seminar – Bir abzas yazının 3 sirri

AMİM ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti seminarını elan edir. Bu dəfəki mövzu “Bir abzas yazının 3 sirri” olacaqdır.

Böyük əsərlərin yazılması bir abzas yazı yazmağın sirlərinə yiyələnməkdən keçir. Yazıçı bir abzaslıq yazı yazmağı öyrəndikdən sonra asanlıqla istədiyi janrda kiçik və böyük həcmli mətnlər yaradır. Ona görə də, azyaşlı və gənc yazıçıların özlərinə olan inamını artırmaq istəyən müəllimlərimizi, eləcə də yazı yazmağı sevən, lakin tərəddüd edən hər kəsi “Bir abzas yazının 3 sirri” seminarına dəvət edirik. Təlim iştirakçıları praktik iş vasitəsilə abzas yazmağın sirlərinə yiyələnəcəklər. Əliniz qələmdə olsun!

Nəzərinizə çatdırmaq istəyirik ki, seminarın sonunda SERTİFİKAT iştirakçıların imeylinə göndəriləcəkdir.

Tarix: 28 fevral 2019-cu il
Saat: 15.00 – 16.00
Təlimçi: Dilbər Qasımova

Qeydiyyat: https://goo.gl/forms/39xq8VrQYR5QGvVY2

Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi.
Zərifə Əliyeva adına liseylə üzbəüz.

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)