24 Aprel 01:49

“Ada mirası” ACM tədbirinə qoşulun

İnformatika istiqamətində peşəkar inkişaf və elmi araşdırma imkanları ilə maraqlanırsınız? Qadınların bu sahədə daha çox iştirakını siz də dəstəkləyirsiniz? Maraqlı çıxışlar dinləmək, beynəlxalq “womENcourage 2019” konfransında iştirak etmək istərdiniz? Elə isə “Ada mirası” ACM tədbirinə qoşulun.

Tədbirdə iştirak edə bilmək üçün mütləq qeydiyyatdan keçməlisiniz: https://ada-legacy-2019.eventbrite.com/ Bu zaman özünüz barədə məlumatları dəqiq daxil edin və iştirak edəcəyiniz sessiyaları diqqətlə seçin. Qeydiyyat cümə günü, 3 may, saat 12:00-da bağlanacaq.

Hər il “womENcourage” həm də bakalavr, magistr və doktorantura tələbələrini (qadın və ya kişi olmasından asılı olmayaraq) informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Ötən il ilk dəfə Azərbaycandan olan 3 tədqiqat posteri konfrans proqramına qəbul olundu, tələbələrimiz elmi işlərini uğurla təqdim etdilər.

Əgər siz də tədqiqatınızın posterini göndərməzdən əvvəl “Ada mirası” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsinizsə, 1 may, saat 18.00-a qədər ərizə formasını dolduraraq göstərilən e-poçt ünvanına yollayın: https://azerbaijan.acm.org/ada-s-legacy/conference/

Bəyən və paylaş

Rəylər

rəy(lər)