"ADAMUN" Gənclər Forumu keçiriləcək

10-12 sentyabr tarixində ADA BMT Modeli Klubunun (ADAMUN) təşkilatçılığı və KOBİA-nın dəstəyi ilə hibrid formatda "ADAMUN" Gənclər Forumu keçiriləcək. Forum çərçivəsində gənclər siyasəti ilə bağlı panel müzakirələr, komanda işi, layihə hazırlanması, PR və digər mövzularda təlimlər, mentor dəstəyi ilə komanda şəklində layihənin hazırlanması və s. tədbirlər nəzərdə tutulur. Tədbirdə gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması və bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində müzakirələr də aparılacaqdır. Forum barədə ətraflı məlumat və qeydiyyat üçün:https://bit.ly/2WCUY3s Qeydiyyat prosesini uğurla tamamlayan gənclər müsahibə mərhələsinə dəvət olunacaq. Son qeydiyyat tarixi: 4 sentyabr 2021, 18:00 - Forum Azərbaycan dilində keçiriləcək. - İştirak ödənişsizdir. - Forumda tələbə və məzunlar iştirak edə bilər. •Təşkilati dəstək: ADA Universiteti (ADA University), “PASHA Həyat Sığorta” ASC (PASHA Life), “Azərfon” MMC (Nar (Azerfon)), KOBİA,DOST Agentliyi. •Tərəfdaşlar:Gənclərin İnkişaf və Karyera Mərkəzi, "Vətəndaş Cəmiyyətində Debat" IB, “Toxum org” kraudfandinq platforması (Toxum.org), “Business Development Center” Təlim və İnkişaf Mərkəzi (Business Development Center), Sağlam Düşüncə Gənclər Təşkilatı (Common Sense Youth Organization), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az