4 Mart 14:36

ADAU-da Ustad dərsləri yenidən başlayıb

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərslərinə yenidən start verilib.  ABŞ-ın İllinoys Universitetinin professoru, ADAU-nun fəxri doktoru Mohəmməd Babadoos tərəfindən nəzəri və praktiki formada keçirilən dərslərdə Aqranomluq fakültəsinin tələbələri, magistrlar, gənc müəllimlər, dosent və professorlar iştirak edib.

ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə ilk dərs Aqronomluq fakültəsinin 315 saylı auditoriyasında keçirilib. Statistik dərs adlanan mzakirələr müddətində professor tədrisin, tədqiqatın və istehsalatın birliyinin əhəmiyyətindən danışıb və bunların da əsasını statistikanı təşkil etdiyini bildirib.  Mohəmməd Babadoos 10 ildir Gəncədə yerləşən Aqrar universitetlə əlaqəsinin qarşılıqlı əməkdaşlıq şəraitində verdiyi daha yaxşı səmərəsindən, bu universitetin kadrlarının ABŞ da keçdiyi təcrübələrdən də söhbət açıb.

Dərs maraqla dinlənilib, diskusiya şəklində qurulub. Sahələr üzrə suallara ətraflı və elmi cavablar verilib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)