22 Fevral 17:30

ADAU-nun fəlsəfə doktoru Lerikdə məktəblilərlə görüşüb

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetin Bitkiçili və bitki mühafizəsi kafedrasının dosent əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüsal Məmmədov təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə həyata keçirilən “ADAU-nu tanıdq” layihəsi çərçivəsində ucqar dağ rayonu olan Lerikdə orta məktəblərin 11-ci sinif şagirdləri ilə görüşüb.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə görüşdə dövlətin aqrar sahəyə olan diqqətindən və bu sahədə görülən işlərdən danışılıb. V. Məmmədov ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu, aqronom, baytar, zootexnik və başqa mütəxəssislərə tələbatın getdikcə artıdığını deyib. Onu da          qeyd edib ki, bu sahədə Azərbaycan Dövlət Aqrar Universitetində yüksək ixtisaslı kadrların hazırlanması üçün hər bir şərait var və təhsil ocağının maddi texniki bazası tam yenilənib. Görüş zamanı V. Məmmədov universitetdə tələbə müəllim münasibətlərinin tam şəffaf olduğunu vuğulayıb.

Universitetin yeni istifadəyə verilən yataqxanası, müasir laboratoriyalar və ödənişsiz olan ixtisaslar haqqında məlumatlar şagirdlərin marağına səbəb olub. Məktəblilərə universitetin fəaliyyətindən bəhs edən film də göstərilib. Dialoq şəkilində davam edən görüşdə şagirdlərin sualları cavablandırılıb. Onlar ixtisas secimində ADAU-nun ixtisaslarına üstünlük verəcəklərini qeyd ediblər

Bəyən və paylaş

Rəylər

rəy(lər)