ADDIM Gənc Aqronom- İnkişaf proqramı

Təsvir

“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçünGənc Aqronomaxtarır.
Vəzifə öhdəlikləri:   Gənc aqronom çalışdığı bölgə üzrə aqronomların rəhbərliyi altında aşağıdakı işləri icra edir: ·Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi; ·Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması; ·Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi; ·Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi; ·Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi; ·Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi; ·Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması; ·Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi; ·Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflərin irəli sürülməsi, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi; ·Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasının təmin edilməsi; ·Həyata keçirilən işlərin hesabatlılığının aparılması.

Tələblər

  • Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Müvafiq sahə üzrə təhsil;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
  • Azərbaycan dilini səlis(rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük
Müraciət et

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az