29 Sentyabr 13:07

ADMİU-da növbəti Sosial iş üzrə seminar keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə növbəti dəfə sosial işçilər və tələbələr üçün seminar təşkil olunub.

Seminarda Birliyin sədri, Vaşinqton Universitetinin Sosial iş üzrə doktorantı Aytəkin Hüseynli iştirakçılara sosial işin yerli və beynəlxalq səviyyədə əhəmiyyəti, sosial işçilər harada çalışa bilər və s. kimi mövzular haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Bəyən və paylaş
Tweet