ADMİU tələbələri ABŞ səfirinin qonağı olub

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın şəxsi dəvəti ilə ziyafət mərasimində iştirak ediblər.

Tədbirdə Musiqi sənəti fakültəsinin tələbələri Ağayar Xanlarov (tar), Cahandar Xanlarov (kaman), məzunu Azər Səlimov (xanəndə) ifaları ilə səfirliyin işçiləri və qonaqları üçün unudulmaz anlar yaşadıblar.

Ziyafətin sonunda səfir Robert Sekuta təşəkkür məktubu ilə tələbələrə yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edib və ifalarını yenidən dinləmək arzusunda olduğunu vurğulayıb.

Bir cavab yazın

Back to top button