28 Mart 11:44

ADMİU tələbələri “Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsində

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası “Testene Art”, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, musiqişünas Qalina Preobrajenskaya müsabiqənin müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə aparıldığını, dünyanın müxtəlif ölkələrindən solistlər, musiqi ansamblları və müxtəlif yaradıcı kollektivlərin dəvət olunduğunu bildirib. Gələcəkdə festivalların ənənəvi olaraq təşkilinin vacibliyini vurğulayan Q.Preobrajenskaya iştirakçılara uğurlar arzulayıb.

Festival-müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin I kurs Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə təhsil alan dörd tələbəsi 17-19 yaş qrupunda Şərif Şərifov, İlqar Allahverdiyev və 20+ yaş qrupunda Ramazan İbadov, Nuru Göyüşov çıxış edib.

350-dək iştirakçının qatıldığı müsabiqədə hər ifaçı yeddi dəqiqə ərzində iki əsər səsləndirib. Uğurlu ifa nümayiş etdirən Universitetin tələbələri Şərif Şərifov, Ramazan İbadov I yerə, İlqar Allahverdiyev, Nuru Göyüşov isə II yerə layiq görülüblər.

Bir mərhələdən ibarət olan müsabiqənin münsiflər heyəti Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, musiqişünas Qalina Preobrajenskaya, fəxri qonağı Fabio Lamborgini, eləcə də Evgeniya Şor, Vera Dmitriçeva və İqor Bubençikov ibarət olub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)