15 Fevral 13:14

ADMİU tələbəsi xalq artisti, Dövlət mükafatları laureatı Rasim Ocaqov adına təqaüdə layiq görülüb

Edumap.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin “Sabah” qrupu III kurs tələbəsi Masər Fuad oğlu Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə görkəmli kinorejissor, xalq artisti, Dövlət mükafatları laureatı Rasim Ocaqov adına təqaüdə layiq görülüb. Xalq artisti Eldar Quliyevin istedadlı tələbəsi Azərbaycanda keçirilən bir çox festivalların və ustad dərslərinin iştirakçısı olub. Həmçinin Görkəmli Amerika rejissoru, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərslərində iştirak edib. Ən yaxşı ssenari, sənədli film, müəllif işi, ADMİU-da keçirilən “İlin tələbəsi” layihəsi çərçivəsində ilin rejissoru və ən yaxşı film nominasiyalarına layiq görülüb, müxtəlif diplom və sertifikatlar ilə təltif olunub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)