25 Sentyabr 14:30

ADMİU-da III Respublika elmi-nəzəri konfrans keçiriləcək

Əziz və dəyərli sənətsevərlər, sizi 19-20 dekabr 2019-cu il tarixində “ELM, MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTİN QARŞILIQLI ƏLAQƏSİ VƏ MÜASİR CƏMİYYƏTİN İNKİŞAFINDA ROLU” mövzusunda keçiriləcək III Respublika elmi-nəzəri konfransında iştirak etməyə dəvət edirik.

Konfransın mövzu başlıqları:
– Azərbaycanda elm, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi;

– dəqiq elmlər və təsviri sənət;
– mədəni irsin qorunub saxlanılması;
– sənətşünaslıq elminin muzey işinin təşkilində rolu;
– təsviri sənət və memarlığın tarixi və nəzəri problemlərinin araşdırılması
– sənətşünaslıq, kulturologiya, muzeyşünaslıq, bərpaçılıq, arxeologiya və memarlığın aktual problemləri.
Konfransın proqramına daxil ediləcək məruzələr 15 noyabr 2019-cu il tarixindən gec olmayaraq Azərbaycan, rus və ya ingilis dillərində aşağıda göstərilən e-mail ünvanına göndərilməlidir:

[email protected]

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, İnşaatçılar 39. ADMİU-nun əsas korpusu.

Bəyən və paylaş

Rəylər

rəy(lər)