7 Aprel 22:34

ADU-da ödənişsiz İşarət Dili Təlimi

Əziz Azərbaycan Dillər Universiteti tələbələri, 9 aprel 13:00, Böyük zalda Kitab klubunun “İşarət dili” təlimi baş tutacaq. Qonağımız Nurane Abıyeva olacaqdır. Qeyd edək ki ,Nuranə Abıyeva Azərbaycanda yaradılmış ilk işarət dili “signlang” səhifəsinin rəhbəridir. İdeya müəllifi və layihə rəhbəri olaraq yaxın zamanlarda bir neçə gənclə birlikdə himnimizin işarət dilində səsləndirilməsinə də nail olub. İşarət dili – eşitmə məhdudiyyəti olan insanların öz aralarında əlaqə yaradarkən əl hərəkətləri və üz mimikalarını istifadə edərək yaratdıqları bir dildir.
P.S Təlimdə iştirak edəcək olanlar adlarını , soyadlarını,digər iştirakçılar oxuduqları və ya bitirdikləri universitetlərin adını və qrup nömrələrini [email protected] mail ünvanına qeyd etsinlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)