27 Oktyabr 19:52

AEGEE-Bakı “KİNOmuzun sirləri”

Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi. Sonradan Azərbaycan kinosunda Yeddi oğul istərəm , Axrıncı aşırım , O olmasın bu olsun , Ögey ana , Gün keçdi və s. şedevr kinolar lentə alındı.

AEGEE-Bakı Mədəniyyət işçi qrupunun təşəbbüsü ilə gənclərə Kino sənətinin sirlərini yiyələndirmək məqsədi ilə tanınmış kinorejissor Fəhruz Şamiyev tərəfindən təlim təşkil olunacaqdır.

Qeyd: Təlimdə iştirak ödənişsizdir.

İştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
http://goo.gl/forms/Sstk3rp6kE

Əlaqə üçün: +994 50 574 85 35 (Rəşad Nəzərli)

“Avropa Tələbələri Forumu Bakı” İctimai Birliyi

[email protected]
Tel: (+99412) 4921543, (+99455) 3747424
Ünvan: İçərişəhər, Böyük Qala 24

Bəyən və paylaş

Rəylər

rəy(lər)