15 Dekabr 07:54

AEGEE-Bakı “Tələbəliyin Rəngləri” ADİU-da (SON)

AEGEE Bakı “Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi”nin Təhsil işçi qrupu “Tələbəliyin Rəngləri” layihəsi sona çatır!

Layihə gənclərin məhz mövcud bacarıq və vərdişlərini daha da inkişaf etdirməyi, elmi dünyagörüşü formalaşdırmağı, gələcəkləri ilə bağlı düzgün seçimlər etmələri üçün bir növ kompas rolunu oynayaraq, onları istiqamətləndirməyi nəzərdə tutur.

Layihənin əsas məqsədi gənclərə, xüsusilə də universitetə yeni qəbul olunmuş tələbələrə uğur qazanmağın sirrlərini öyrətmək, tələbəlik illərini daha məhsuldar və səmərəli keçirmək üçün nələr edilməli, özünün bacarıqlarını, potensiallarını necə kəşf etməli, ruh düşkünlüyünün qarşısını necə almalı və özünü necə motivasiya etməli kimi suallara ətraflı izah və şərh verməkdən ibarətdir.

Layihə çərçivəsində hər həftə bir universitetdə təcrübəli təlimçi və AEGEE-Bakının fəxri üzvü Tofiq Sadıxov tərəfindən motivasiya və istiqamətləndirmə üzrə təlimlər keçiriləcəkdir.

Nəhayət “Tələbəliyin Rəngləri” layihəsinin son təlimi 26 Dekabr saat 12:00-da Azərbaycan Dövlət İqtisad Universitetində baş tutacaqdır. Təlim bitdikdən sonra aktiv iştirakçılar sertifikatla təmin olunacaqlar.

DİQQƏT! Layihəyə maraq həddindən çox olduğundan və biz,təəssuf ki, bütün mövcud universitetlərdə bu təlimləri keçirə bilmədiyimizdən təlim keçirilən universitetlərdən başqa digər universitetlərdən qatıla biləcək tələbələr üçün əlavə yer ayırmışıq. Belə ki, 26 dekabr İqtisad Universitetində baş tutacaq təlimdə iştirak etmək istəyisinizsə aşağıda verilən qeydiyyat formunu doldurmağınız xahiş olunur. Yerlər məhduddur. (həmin universitetlərdə təhsil alan tələbələrin qeydiyyatdan keçməyinə ehtiyac yoxdur)

http://goo.gl/forms/wwKgBwocQB

Qeyd: Təlimlərdə iştirak ödənişsizdir.

“Avropa Tələbələri Forumu Bakı” İctimai Birliyi
www.aegee-baki.org
[email protected]
Tel: (+99412) 4921543, (+99455) 3747424
Ünvan: İçərişəhər, Böyük Qala 24

Bəyən və paylaş

Rəylər

rəy(lər)