27 Oktyabr 22:58

AFB Aylıq Müsabiqə Elan Edib

Pillələr – bir yolun başlanğıcı, digər yolun sonu… Həm memarlıq, həm də bədii təsvirdə çox mənalı mövzu bolluğu fotoqraflar üçün istənilən vəziyyətə aid etmək olar, insan obrazları ilə pillələrin vəhdəti olmalıdır.

Bu dünya nərdivandı,-
Qalxanda mehribandı,

Enəndə nə yamandı…
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.

Müsabiqəyə təqdim olunacaq fotoların uzun tərəfi 1500 px olmaq şərtilə, JPEG formatında [email protected] ünvanına göndərilməlidir. Hər bir fotoqraf müsabiqəyə 5 foto təqdim edə bilər. Fotolar 28 noyabr tarixinə kimi qəbul olunur. Hər bir müəllif özü haqqında məlumatı (ad, soyad, fotonun adı) təqdim etməlidir. Qeyd edək ki, müsabiqəyə marağın daha çox olduğunu nəzərə alaraq aylıq müsabiqələrə mobil telefon ilə çəkilmiş fotolar da qəbul olunacaq.

Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), yalnız son bir ildə çəkilmiş fotolar qəbul olunur. Fotolarda əks olunmuş insanların razılığı fotoqrafın üzərinə düşür.

Müəllif hüquqları qorunmaq şərti ilə fotoların yalnız təbliği məqsədi ilə istifadə edilməsi müəllif ilə razılaşdırılacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Fotolar Facebookda sosial şəbəkəsində “AFB Aylıq Müsabiqə” qrupunda paylaşılacaq. Noyabr ayı üçün nəzərdə tutulmuş foto müsabiqənin mövzu müəllifi Rauf Umud, koordinatoru isə Arzu Mürvətovadır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)