11 Fevral 14:02

After Arrival Seminar

Diqqət! Almaniyada universitetə qəbul olmusunuz? Həyəcanlısınız? Fərqli ölkədə nə edəcəyinizi bilmirsiniz? Elə isə bu event məhz sizin üçündür!
16.02.19 tarixində saat 16:00 da baş tutacaq seminarımıza hər biriniz dəvətlisiniz.

Edu-Support olaraq, artıq 4 ildir ki keçirdiyimiz bu seminar çantalarını yığıb, fərqli ölkə, yad mühit və yeni təhsil ilini həyəcanla gözləyənlər üçün təşkil olunmuşdur

Seminarda:
Almaniyada ilk hansı addımlar atılmalıdır

Sığorta və yerləşmə məsələlərini necə həll etmək olar
Hansı qeydiyyatlardan keçilməlidir
Bank hesabından pulu necə çıxartmaq olar
Vizanın müddəti necə uzadılmalıdır və sizi maraqlandıran digər suallar barədə məlumatlar verərək, təcrübələrimizi bölüşəcəyik.

Seminarda iştirak etmək üçün aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərsiniz.

https://goo.gl/forms/Bf1V3JioTbv4aI3e2

Bəyən və paylaş

Rəylər

rəy(lər)