Cümə axşamı, 21 Avqust, 2025

Ağcabədidə “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb


  • Dərc edildi: 15 Dekabr, 2021 - 08:21
Ağcabədidə “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb

Ağcabədidə “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb
Ağcabədi rayonunda “Məktəbli qızların əl işləri sərgisi” layihəsi yekunlaşıb.
Layihə rəhbəri Yeganə Abiyevanın verdiyi məlumata görə, layihənin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.
Belə ki, təbliğat işləri bitdikdən sonra müsabiqə təşkil olunub. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən əl işlərinin qəbulu aparılıb.
Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərslərinə start verilib.
Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılıb və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunub. Layihənin bütün hissələrini özündə əks etdiran və uşaqların əl işlərini özündə əks etdirən jurnalın çap edilib.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edib.
Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilib.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...