Bazar, 1 İyun, 2025

Ağcabədidə məktəbli qızların əl işləri sərgisi layihəsinin açılışı olub


  • Dərc edildi: 22 Oktyabr, 2021 - 06:07
Ağcabədidə məktəbli qızların əl işləri sərgisi layihəsinin açılışı olub

Ağcabədidə məktəbli qızların əl işləri sərgisi layihəsinin açılışı olub
Ağcabədi rayonunda məktəbli qızların əl işləri sərgisi layihəsinin açılış mərasimi keçirilib.
Layihə rəhbəri Yeganə Abiyevanın verdiyi məlumata görə, layihənin məqsədi ümumtəhsil məktəblərdəki məktəbli qızların ictimai-sosial həyatda aktiv, yaradıcı bir fərd kimi formalaşmasına yardımçı olmaq, onlar arasından istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkil olunmasına stimul verməkdən ibarətdir.
Layihə çərçivəsində artıq məktəbin müəllimləri arasından könüllü qrup formalaşdırılıb. Eyni zamanda idarə heyəti də təsis olunub. Təbliğat Ağcabədi rayon məktəblərində təşkil olunub. Daha sonra müsabiqə təşkil olunacaqdır. Bu müsabiqəyə qatılmaq üçün rayon məktəblərindən onların əl işlərinin qəbulu aparılacaqdır.
Müsabiqə bitdikdən dərhal sonra istedadlı uşaqlar üçün yaradıcı mühitin yaradılması məqsədilə ustad dərsləri də təşkil olunacaqdır.
Müsabiqə və ustad dərsləri bitdikdən sonra xüsusi yaradılmış jurilərin (ekspert və ustad) köməyilə ən maraqlı işlər mükafatlandırılacaq və ümumilikdə 2 gün ərzində müsabiqəyə qatılmış bütün əl işləri Ağcabədi Gənclər Evində rayon ictimaiyyətinə sərgi şəklində təqdim olunacaqdır. Layihənin bütün hissələrini özündə əks etdiran və uşaqların əl işlərini özündə əks etdirən jurnalın çapı təşkil olunacaqdır.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 178
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 96
XVIII Beynəlxalq Ast...