İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiMaliyyə departamentinə Biznes analitik (Maliyyə istiqaməti üzrə) vakansiyasını elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şəraiti;
- Rəqabətədavamlı əmək haqqı.
- Ali təhsilli (Maliyyə, İqtisadiyyat və ya Biznesin idarəolunması sahəsində);
- Maliyyə analitikinin işinin reqlamentinə aid olan normativ-sərəncamverici sənədləri bilməli;
- Maliyyə hesabatlarının beynəlxalq standardlarının tətbiqi üzrə yüksək biliklərə sahib olmalı;
- Malların, işlərin, xidmətlərin və torpaq, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin alışı ilə bağlı baş verən əməliyyatların uçotunu aparmaq və inventarizasiya dair biliklərə sahib olmalı;
- Dövlət orqanlarına təqdim etdiyi hesabatlara (vergi, dsmf, statistika) dairyüksək biliklərə sahib olmalı;
- Tibbi sığorta, əmək məcəlləsi, mühasibat uçotu, qiymətli kağızlar bazarı barədə qanunvericilik üzrə məlumatlı olmalı;
- Proqramlaşdırma məntiqinin olması və proqramlaşdırma texnologiyasını bilməsi üstünlükdür.
- ERP proqramların əsas modullarının funksiya və imkanları üzrə bilik və təcrübənin olması üstünlükdür.
- Problem həll etmə bacarığının olması;
- Mikrosoft proqramlarında Excel bacarığının yüksək səviyyədə olması.
- Müəssisənin maliyyə fəaliyyəti barədə məlumatları təhlil etmək, malların və xidmətlərin qiymətləri barədə məlumatları öyrənmək;
- İnvestisiya qoyuluşlarının vaxtı, alış və satış əməliyyatları barədə tövsiyyələr vermək;
- Müəssisənin siyasətinə uyğun olaraq investisiya alışını həyata keçirmək;
- Gələcək gəlirlər və xərclərin hesablanması üçün müəssisənin fəaliyyəti barədə sistematik təhlil aparmaq, bazarda müvafiq malların və xidmətlərin vəziyyətini təhlil etmək;
- Maliyyə hesabatlarının tərtib edilməsi və maliyyə göstəricilərinin hesablanması üçün zəruri olan informasiyanı toplamaq və təhlil etmək;
- Maliyyə hesabatlarını hazırlamaq, şirkətin maliyyə fəaliyyətinə dair riyazi və statistik diaqram və qrafiklərin şəkillərini tərtib etmək;
- Müvafiq mal, iş və xidmətlər bazarının maliyyə tədqiqini aparmaq;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsinin təmin etmək;
- Dövlət büdcəsinə hesabatların göndərilməsini həyata keçirmək (Vergi, DSMF, Statistika);
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların, ödəniş öhdəliklərinin əmək haqqının hesablanmasına, kadr sənədlərinin, daxili və xarici müqavilələrin hazırlanmasına nəzarəti icra etmək,
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanmasını həyata keçirmək.
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
- Vakansiyaya son müraciət tarixi: 07.05.2022-ci il;
- CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur