reklam

Agentlik Texniki dəstək şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiİnfrastruktur departamentininTexniki dəstək şöbəsinə mütəxəssis/ baş mütəxəssis vakansiyasını elan edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəliFərmanıilə yaradılmışdır. Biz nə təklif edirik:
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
  • “Service Desk” proqramına gələn sorğuların icrası;
  • İstifadəçilərin kompyüterlərinə əməliyyat sistemlərin və lazımı proqramların yazılması;
  • IT ilə bağlı yaranan problemlərin həllində dərhal texniki dəstəyin göstərilməsi;
  • Printerlərin və ümumi şəbəkə qovluqların (share folder) kompüterlərə əlavə edilməsi və nəzarətin aparılması;
  • IT xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərin aparılması.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
  • Helpdesk(texniki dəstək) üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Windows əməliyyat sistemləri üzrə biliklər;
  • Şəbəkə üzrə ilkin biliklər;
  • Domain controller üzrə ilkin biliklər;
  • Microsoft Office üzrə ilkin biliklər;
  • Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
  • Problemlərin həll edilməsində operativlik və dəqiqlik bacarığı.
Əlavə məlumatlar:
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Zərifə Əliyeva küç. 93.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 21.01.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikasından asılı olmayaraq bütün müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az