29 Noyabr 19:20

Agentlikdə Kontent üzrə mütəxəssis və Kiçik Dizayner vakansiyası

deyalarımız çox, planlarımız böyük, istəyimiz sonsuz…Amma bütün düşünülənləri həyata keçirmək üçün komandanın böyüməsinə ehtiyac var. Tufan Futbol Klubu və Meteor brendinq agentliyi olaraq, aşağıdakı pozisiyalarda yaradıcı beyinli döyüş yoldaşı axtarırıq 👇

1. Kontent üzrə mütəxəssis (Content Specialist)
2. Kiçik Dizayner (Junior Designer)

Hər iki pozisiya üçün nəzərdə tutduğumuz məvacib bazarın vəziyyətinə uyğun müəyyən edilib və işə verilən qatqıya müvafiq olaraq 3-6 aydan bir baxılacaq. İngilis və Rus dillərini toplamda 100% bilməsi lazımdır. Və ən əsası futbolda təkcə Ronaldo və Messini tanımaq yox, müəyyən qədər biliyə malik olmalıdır ki, iş zamanı daha tez istədiyimizə nail olaq.

Kontent mütəxəssisin ilk 2 ayda (şərti müddətdir. Daha tez müddətə də bitirmək mümkündür) müxtəlif yöndə işləri olacaq. Bura həm agentlik, həm futbol, həmçinin də digər biznes sahələrinin işləri daxil olacaq. Daha sonra isə ağırlıq olaraq Tufan Futbol Klubunun işlərini görəcək. Amma maaş fondunda azalma olmayacaq

Kiçik Dizayner isə Rasul Hasanovun rəhbərliyi altında böyüyəcək və Tufançılardan biri olmaq üçün özünü sübut etməli olacaq. Özünü yaxşı tərəfdən göstərə bilsə, tez bir zamanda Tufan Futbol Klubunun Dizayn Qrupunun rəhbəri olub özünə heyət formalaşdıra biləcək. Narahat olmasın, yıxılanda əl uzadacağıq

Sözsüz ki, bütün işlərin koordinasiyası məndə olacaq 

📧 [email protected]
🗓 17.12.2018 tarixindək

Bəyən və paylaş