“Unico” MMC tikinti şirkəti “Ağıllı Gənc Mühəndis" adlı 2021-ci il ödənişli Yay Təcrübə Proqramına start verir.
Bakalavr təhsili alan IV kurs tələbələrinin nəzərinə!
“Unico” MMCtikinti şirkəti“Ağıllı Gənc Mühəndis"adlı 2021-ci il ödənişliYay Təcrübə Proqramına start verir.
İyun ayından (birinci qəbul) və iyul ayından (ikinci qəbul) başlayaraq bu proqram tikinti sahəsi ilə maraqlanan tələbələrə şirkətin ofis daxili və layihələr çərçivəsində görülən işlər ilə daha da yaxından tanış olmaq və həmin proseslərin gündəlik fəaliyyətində iştirak etmək imkanı yaradacaqdır.
Kimlər müraciət edə bilərlər?
Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası, İnşaat mühəndisliyi, Dizayn, Memarlıq, Şəhərsalma və Tikinti iqtisadiyyatı ixtisaslarında təhsil alan, təhsil göstəriciləri yüksək olan, ən azı 2 dildə (biri ana dili olmaqla, digəri rus və ya ingilis - 3 dil əlavə üstünlükdür) sərbəst danışa, oxuma-yazma bacarıqlarına malik olan və Microsoft Office proqramlarını sərbəst şəkildə istifadə edə bilən (tikinti şirkətində əvvəlcədən təcrübə keçmiş namizədlərə üstünlük veriləcək).
Müraciət və seçim mərhələsi:
- [email protected]elektron ünvanına CV və 500 sözdən ibarət müraciət məktubu göndərilir;
- Seçilən namizədlərə zoom vasitəsi ilə online müsahibənin keçirilməsi üçün dəvətnamə linki göndərilir və bu müsahibdə şirkətimizin icraçı direktoru da iştirak edir;
- Müsahibədən müvəfəqiyyətlə keçən namizədlər Unico-nun ofis binasına dəvət olunur və onlara təcrübə proqramlarının gələcək addımları barədə məlumatlar verilir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur