AGMA bu dəfə Cəlilabad gənc müəllimləri ilə görüşə gəldi

AGMA bu dəfə Cəlilabad gənc müəllimləri ilə görüşə gəldi.
Region görüşlərinin növbəti silsiləsindən olan Cəlilabad rayon görüşü 9 nömrəli tam orta məktəbdə 60-a yaxın gənc müəllimin, Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Rəxşəndə Qasımova, İlkin Zeynalov, AGMA-nın Cəlilabad rayon koordinatoru Feyruz Kərimov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin iştirakı ilə baş tutdu.
Tədbir zamanı Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Rəxşəndə xanım gənc müəllimləri salamlama nitqi ilə çıxış edərək tədbirdə iştirak edən vətən müharibəsi iştirakçısı olan gənc müəllimlərə təşəkkürlərini bildirdi.
Tədbir Rüfət Əsədzadənin nitqi ilə davam etdi. Belə ki, R.Əsədzadə Cəlilabad gənc müəllimlərinə AGMA haqqında məlumat verib müəllimlərin suallarına cavab verdi.
Sonda gənc müəllimlərə fəaliyyətlərində yardımçı olmaq məqsədilə "Əsl gənc müəllim necə olmalıdır?" sualına cavab olacaq təlim keçdi.
Görüşün təşkili üçün Cəlilabad rayon koordinatoru Feyruz Kərimova, göstərdiyi dəstəyə görə Cəlilabad Rayon Təhsil Şöbəsinə, belə səmimi ortamı yaratdıqları üçün gənc müəllimlərə təşəkkürlərimizi bildiririk.
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az