AGMA bu dəfə Yardımlı gənc müəllimləri ilə görüşə gəldi

AGMA bu dəfə Yardımlı gənc müəllimləri ilə görüşə gəldi.

Region görüşlərinin növbəti silsiləsi Yardımlının gənc müəllimləriylə oldu. Görüş Yardımlı şəhər 4 nömrəli tam orta məktəbdə gənc müəllimlərin, Yardımlı Rayon Təhsil Şöbəsi metodkabinetin direktoru Təbiət Səlifov, Yardımlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru Miralim Səmədov, AGMA-nın Yardımlı rayon koordinatoru Fərman Mustafayev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin iştirakı ilə baş tutdu.

AGMA-nın sədri R.Əsədzadə Yardımlı gənc müəllimlərinə AGMA haqqında məlumat verib müəllimlərin suallarına cavab verdi.

Sonda gənc müəllimlərə fəaliyyətlərində yardımçı olmaq məqsədilə “Yaradıcı müəllim necə olmalıdır?” sualına cavab olacaq təlim keçdi.

Görüşün təşkili üçün Yardımlı rayon koordinatoru Fərman Mustafayeva, göstərdiyi dəstəyə görə Yardımlı Rayon Təhsil Şöbəsinə, belə səmimi ortamı yaratdıqları üçün gənc müəllimlərə təşəkkürümüzü bildiririk.

Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

The Ministry of Education of the Republic of Azerbaijan

Kapital Bank

Related Articles