AGMA “Məktəb Mentorları” layihəsinə start verir

AGMA “Məktəb Mentorları” layihəsinə start verir
Layihənin məqsədi: Məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı onlayn akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir.
KİMLƏR İŞTİRAK EDƏ BİLƏR
Hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan;
Mentorluq fəaliyyətinə marağı olan və özünü bu istiqamətdə inkişaf etdirmək istəyən;
Mentorluq fəaliyyətini aparmaq üçün həftə ərzində, onlayn formatda 4-5 saat vaxt ayıra bilən;
WEB 2 alətlərindən istifadə bacarığı olan;
Onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype);
Yaş həddi 25-33 olan;
Fənn müəllimi olan;
Universitetdə pedaqoji təcrübəsi olan gənc müəllimlər iştirak edə bilərlər.
ƏSAS MƏRHƏLƏLƏR
Müraciətlərin qəbulu
(17.11.2021)
Namizədlərlə müsahibələrin aparılması
(17-23.11.2021)
Namizədlər üçün təlimlərin keçirilməsi
(26-28.11.2021)
Mentorların onlayn fəaliyyəti
(01.12.2021-01.02.2022)
Mentorların və mentilərin iştirakı ilə onlayn refkeksiya forumu
(1-15.02.2022)
Mentorların sertifikatlaşdırılması
(15-25.02.2022)
İŞTİRAKÇILAR NƏ ƏLDƏ EDƏCƏKLƏR:
Mentorluq inkişaf proqramında iştirak;
Mentorluq fəaliyyəti və onun strukturlu aparılması ilə bağlı bilik və bacarıqlar;
AGMA platformasında mentor olaraq təbliğ olunma;
AGMA tərəfindən sertifikatla təmin olunma;
AGMA-nın gələcək layihələrində təlim keçmək şansı.
MENTORUN ÖHDƏLİYİ:
3 günlük canlı təlimlərdə iştirak;
2 ay müddətində AGMA platformasında 10 müəllimə mentorluq etmək;
İş günləri (Bazar ertəsi-Cümə) hər gün 1 saat olmaqla onlayn platforma vasitəsilə xidmət göstərmək.
SON MÜRACİƏT 17 noyabr 2021-ci il.
Təlimlər canlı formada Bakı şəhərində keçiriləcəkdir.
Qeydiyyat linki:

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az