AGMA-nın gənc müəllimlərlə növbəti görüşü Biləsuvar rayonunda baş tutdu


AGMA-nın gənc müəllimlərlə növbəti görüşü Biləsuvar rayonunda baş tutdu.




advertisement
50-dən çox gənc müəllimin iştirak etdiyi görüşdə Biləsuvar Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Nərmin Məmmədli, AGMA-nın sədri Rüfət Əsədzadə, AGMA-nın Biləsuvar rayonu üzrə koordinatoru Tural Nasirov çıxış etdi.



R. Əsədzadə “Mən arzu olunan müəllim olmaq istəyirəmsə, hansı keyfiyyətlərə sahib olmalıyam?" mövzusu haqqında müəllimlərlə müzakirə edərək onlara öz təcrübəsində sınanmış metodları tövsiyə etdi. Onun kreativ düşüncələri, maraqlı öyrənmə metodları, Assosiasiyanın məqsəd və amalları, üzvlük haqqında geniş təqdimatı bütün müəllimlərin marağına səbəb oldu.


advertisement

Görüşün təşkilində əməyi keçən Biləsuvar Rayon Təhsil Şöbəsinə, AGMA-nın Biləsuvar rayonu üzrə koordinatoru Tural Nasirova və iştirak edən bütün gənc müəllimlərə təşəkkürümüzü bildiririk!



Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

advertisement


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az