Müəssisə: Rəqəmsal Səhiyyə Mərkəzi
Azərbaycan Respublikasının dövlət orqanlarının texniki tənzimləmə və standartlaşdırma sahəsində elektron xidmətlərinin "Elektron Hökumət"
portalına inteqrasiyasını təmin etmək məqsədilə aşağıdakı vəzifələri yerinə yetirəcək Süni İntellekt üzrə Mütəxəssis axtarılır.
Vəzifə Öhdəlikləri:
Elektron xidmətlərin 'Elektron Hökumət' portalına inteqrasiyasını təmin etmək.
Texniki tənzimləmə və standartlaşdırma üzrə vahid elektron informasiya sisteminin yaradılmasında iştirak etmək.
Aidiyyəti dövlət orqanlarına məxsus məlumat bazalarının sistemə inteqrasiyasını həyata keçirmək.
Süni intellekt texnologiyaları əsasında qərarvermə və analiz sistemlərini inkişaf etdirmək.
Verilənlər bazasının idarə olunması və təhlilinin aparılması.
İnteqrasiya proseslərinin təhlükəsizliyini və davamlılığını təmin etmək. Layihələr üzrə texniki sənədlərin və hesabatların hazırlanması.
Yeni texnologiyaların araşdırılması və tətbiqi ilə xidmət keyfiyyətinin artırılması.
Tələb olunur:
Süni İntellektin əsasları – Machine Learning (ML), Deep Learning (DL), Natural Language Processing (NLP), Computer Vision.
Riyaziyyat və Statistika – Lineer cəbr, ehtimal nəzəriyyəsi, statistik təhlil. Proqramlaşdırma dilləri - Python (ən əsas dil), R (statistik modelləşdirmə üçün)
Verilənlər elmi (Data Science) və verilənlər bazası bilikləri – SQL, NoSQL. Model qurmaq və test etmək – Machine Learning pipeline-ları, təlim, test və validasiya anlayışları.
API-lər və mikroxidmətlər – Xüsusilə süni intellekt servislərinin tətbiq ounmasında.
Problemləri analitik düşüncə ilə yanaşmaq.
Texniki sənədləri oxuma və hazırlama bacarığı.
Komanda ilə işləmək və nəticələri təqdim etmə bacarığı.
Etik və məsuliyyətli
Əmək haqqı 700-1000 AZN
Mail: [email protected]
Başlıq: Aİ üzrə mütəxəssis
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb