16 İyul 11:17

“Ailələrlə Sosial İş” ödənişsiz seminar

Azərbaycan Sosial İş İctimai Birliyi yerli sosial iş mütəxəssisləri tərəfindən hər ay birliyin üzüvləri üçün nəzərdə tutduğu növbəti seminarı nəzərnizə çatdırır. Təlimin mövzusu “Ailələrlə Sosial İş”dir. Seminarın mühazirəçisi sosial işçi Sara Ağayevadır.

Təlimçi Haqqında:

Sara Ağayeva 2009-cu ildə Bakı Dövlət Universitetində Sosial iş üzrə magistr təhsilini bitirmişdir. 2010-cu ildən Azərbaycan Universitetində müəllim kimi çalışır. Sosial işə giriş, Sosial iş təcrübəsində etik prinsiplər, Ahıllarla sosial iş kimi fənləri tədris edir. 2011-ci ildən 2015-ci ilə kimi SOS Uşaq Kəndləri Azərbaycan – Assosiasiyasının Ailələr Dəstək Layihəsində sosial işçi və koordinator vəzifəsində çalışmışdır. Hal-hazırda həmin Assosiasiyada günərzi Qayğı Mərkəzinin koordinatorudur.

Təlimdə nələri öyrənəcəksiz:

– Ailə anlayışı
– Ailələrin rastlaşdığı problemlər
– Ailələrə dəstəyin məqsədi
– Ailələrlə sosial iş zamanı istifadə olunan qiymətləndirmə alətləri
– Ailələrlə sosial iş zamanı uğur əldə etmək üçün atılacaq addımlar
– Ölkəmizdə mövcud olan Ailələrlə Sosial işin nəticələri

Seminar ödənişsizdir.

Seminar 22 iyul saat 16:00- dan 18:00 müddətincə keçirləcək.

Ünvan: H.Zərdabi 39A, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 2-ci korpus

Qeydiyyatdan keçmək mütləqdir.

QEYDİYYAT

Əlavə məlumat üçün [email protected] email ünvanı və ya (+994 55) 391 16 89, (+994 51) 363 59 49 telefon nömələri ilə əlaqə saxlıya bilərsiz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)