9 Aprel 15:11

Ailələrlə Sosial İş Təlim Kursu

Hörmətli AZSİİB-in Üzvləri,

Sizi Azərbaycan Sosial İş İctimai Birliyinin Gənc Sosial İşçilər və Sosial İş Tələbələri Şöbəsinin sosial iş tələbə və məzunlarının bacarıqlarını artırmaq məqsədi ilə “Ailələrlə Sosial iş” mövzusunda davamlı təlimlərin iştirakçısı olmağa dəvət edirik. Təlimlər ABŞ, Avropa və Azərbaycanda təhsil almış sosial işçi və sosial xidmət mütəxəssisləri tərəfindən keçiriləcək.

Təlimin mövzuları aşağdakılardır:

1. Ailənin funksiyaları, tipləri və Azərbaycan ailəsinin qarşılaşdığı problemlər. Ailədə sosial iş. Ailə problemlərinə baxış.
2. Ailə ilə ünsiyyətin qurulması, intervü bacarıqları.
3. Sosial işçinin həmkarları ilə əməkdaşlığı və təşkillati bacarıqları.
4. Sosial işçinin bilməli olduğu sosial müdafiə mexanizmləri və qanunlar.
5. Ailəyə səfər və ilkin qiymətləndirilmə. Problemin planlanması və strategiyanın müəyyən edilməsi.
6. Keysin bağlanması və izlənməsi.
7. Yekun. İştirakçıların qiymətləndirilməsi.

Təlimin sonuncu günü öyrəndiyiniz bacarıqlar praktik-rol oyunları əsasında qiymətləndiriləcək və nəticələrinizə uyğun sertifikatlar təqdim ediləcək.

Son müraciət tarixi 14.04.2018 saat 00:00

Əlaqə: (+994 51) 363 59 49, Zamin Zəkiyev

Qeydiyyat üçün linkə daxil olun:
https://goo.gl/forms/dSlinuRIFT3P57F72

Bəyən və paylaş

Rəylər

rəy(lər)