27 Mart 17:41

Akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 24-dən 26-dək AMEA-nın Fizika İnstitutunda Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyinə həsr olunan “Kondensə olunmuş hal fizikasının müasir tendensiyası (MT CMP 2018)” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 iyul tarixli Sərəncamına əsasən təşkil ediləcək.

Konfrans üçün tezis və məruzələr avqustun 1-dək qəbul edilir. Ətraflı məlumat üçün [email protected] elektron ünvanına müraciət etmək mümkündür.

Bəyən və paylaş

Rəylər

rəy(lər)