12 Fevral 17:39

Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub

Edumap.az xəbər verir ki, AMEA akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev fevral ayının 6-dan 10-a kimi İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubileyində iştirak etmək məqsədilə Tbilisi şəhərində ezamiyyətdə olub. Yubileyə akademik Vaqif Fərzəliyev TDU-nun rektoru, Dr.Georgi Şarvaşidze tərəfindən dəvət olunub.
Yubiley iştirakçılarına Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili, Baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, Tbilisi şəhərinin meri Kaxa Kaladze və TDU-nun rektoru, Dr.Georgi Şarvaşidze ziyafət verib.
Tədbirdə akademik Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanın elmi ictimaiyyəti adından TDU-nun kollektivini yubileylə əlaqədar təbrik edib, xatirə kitabına xoş sözlər yazıb.

Qeyd edək ki, tanınmış tarxiçi İvan Cavaxaşvilinin təşəbbüsü ilə 1918-ci ildə yaradılmış TDU Cənubi Qafqazda aparıcı təhsil və elm mərkəzlərindən biridir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)