28 Fevral 15:14

“Akademik Yaqub Mahmudov qiraətləri – I” möv­z­usunda beynəlxalq elmi konfrans keçiriləcək

“Akademik Yaqub Mahmudov qiraətləri – I” möv­z­usunda beynəlxalq elmi konfrans keçiriləcək

4-7 aprel 2019-cu il tarixlərində Şəki şəhərində “Akademik Yaqub Mahmudov qiraətləri – I” möv­z­usunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfrans Şəki Şəhər İcra Hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təş­kilatçılığı, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin dəstəyi ilə baş tutacaq.

Tədbirdə “Akademik Yaqub Mahmudovun həyatı və elmi yaradıcılığının əsas mərhələləri”, “Akademik Yaqub Mahmudov Azərbaycan diplomatiya tarixinin görkəmli tədqiqatçısı kimi”, “Azərbaycan tarix elmində akademik Yaqub Mahmudov məktəbi” və digər bölmələr üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara təqdim ediləcək. Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və martın 15-dək elektron variant ([email protected][email protected]) e-poçt ünvanlarına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da, Times New Roman şrifti ilə 14 ölçüdə yığılmalı, sətirlərarası interval 1,5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı əksini tapmalıdır.

Ünvan: H.Cavid pr.,  115.

Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64.

Bəyən və paylaş

Rəylər

rəy(lər)