“Akkreditasiya və lisenziya şöbəsinə aparıcı məsləhətçi” vakansiyası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Akkreditasiya və lisenziya şöbəsinə aparıcı məsləhətçi” vakansiyası elan edir

Vəzifə

Sizin vəzifəniz təhsil müəsisələrinin akkreditasiyasının təşkili, daxil olan müraciətlərin müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılması , müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsi və keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər apararaq təkmilləşdirməsinə dair təkliflər irəli sürmək olacaqdır.

Məsuliyyət

1. Müvafiq təhsil müəssisələrinin akkreditasiyasını təşkil etmək;
2. Keyfiyyət təminatı prosesinin lisenziya və xarici qiymətləndirmə/akkreditasiya mərhələlərini təhlil etmək və bu proseslərə dair müvafiq metodologiya və qanunvericilik sahəsində təşəbbüslər irəli sürmək;
3. Xarici keyfiyyət təminatı metodologiyasına dair beynəlxalq təcrübə üzrə təhlillər aparmaq və yerli metodologiyanın təkmilləşdirməsinə dair təkliflər irəli sürmək;
4. Şöbənin işinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması yönündə tədqiqat fəaliyyətini həyata keçirmək;
5. Sahə üzrə proseslərin optimallaşdırılması üçün mütəmadi olaraq rəhbərliyə təkliflər vermək;
6. Daxil olan müraciətlərləri müvafiq qanunvericiliyin tələbləri çərçivəsində cavablandırmaq;
7. Müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
8. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək və rəhbərliyin verdiyi digər müvafiq tapşırıqları yerinə yetirmək.

Tələblər

• Ali təhsil;
• Minimum 3 il peşəkar iş təcrübəsi;
• İngilis dilində akademik səviyədə yazmaq, oxumaq və danışmaq, Rus dilində minimum orta səviyyədə yazmaq, oxumaq və danışmaq;
• Azərbaycan dilində akademik yazı qabiliyyəti;
• Microsoft Office proqramlarını istifadə bacarığı;
• Monitorinq və analitik təhlil bacarığı;
• Prezentasiya etmək qabiliyyəti;
• Data analitika proqramlarından hər hansı birini yaxşı səviyyədə bilmək (“SPSS”, “Python”, “SQL”, “R” və s.) üstünlükdür;
• Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
• Koordinasiya etmək bacarığı;
• Rəsmi sənədlərlə iş bacarığı;
• Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 28.10.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Aparıcı məsləhətçi Edumap.az” qeyd etməklə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button